Moda nədir?

Hər kəs üçün moda fərqli bir tərzdə alqılanır. Kiminçünsə moda, sadəcə maraqdır, kimisi üçünsə zəruri. Kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Kimi onu həyatın bir çox sferaları üzərində zövqün allahı zənn edir, kimi üçün isə moda mədəniyyətin daha bir qolu, forması sayılır, hansı ki, insan manerasında və ən əsası da ki, geyimində üzə çıxır. Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Burdan da belə çıxır ki, modayla gedənlər “dəbli şəxslər”, bununla ayaqlaşmayanlar isə “dəbsiz” və ya lori dildə desəm, çox-çox üzr istəyirəm, hətta “çuşka” kimi də adlandırılırlar. Mən isə bununla heç razı deyiləm. Bəli, ola bilsin ki, moda hansısa qaydalar qoyur, bəs modanı yaradan kimdir ki?!