İnsanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar

“İnsanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar” deyib atalarımız. Hər bir insan öz düşüncələrinə, həyat tərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir. Uzun müdət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici – geyim forması onların daxili dünyası ilə sıx əlaqəlidir. Geyimə baxıb insanın kimliyini, nə işlə məğul olduğunu, işlərində nə qədər müvəffəqiyyət qazanıb-qazanmadığını belə bilmək mümkündür.
Paltarlarınız, ailə quruluşunuz, mədəni qarşılıqlı təsirləriniz, üzərinizdəki çevrə basqısı, maddi vəziyyətiniz və bədən quruluşunuzla yanaşı daxili dünyanız haqqında çox şey deyir. Əslində duyğularınız və düşüncələriniz qarderobunuzda bütün çılpaqlığıyla yatır, onları görmək lazımdır.

N.Məmmədovanın sözlərinə görə, paltarlarımız duyğu dünyamızı dəyişə, özümüzü daha yaxşı hiss etdirə, eyni zamanda başqalarının da bizə qarşı fikirlərini dəyişə bilər: “İnsanlar çox zaman öz yaşlarını hiss etmirlər. Yəni 40 yaşlı qadın özünü 25 yaşında hiss edib, elə geyinə bilər. Bu isə onu cəmiyyət arasında gülünc vəziyyətə salar. Amma unutmamaq lazımdır ki, yaş keçir və hər yaşın öz geyimi var”.
Paltar adamın psixologiyasını dəyişdirir. Elə bir paltar geyərsiniz ki, özünüzü çox xoşbəxt, güclü hiss edərsiniz. Amma tam əksinə bir paltar geyərsiniz, sizi yerin dibinə batırar. “Paltarların da belə bir dili var. İnsanlar geydiyi paltarlarla özünü güclü və ya gücsüz hiss edə bilər”.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir